Lənkəranda 104 yaşlı seçici səs verib

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.

Lənkəran rayonunun Xarxatan kənd sakini olan 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran – Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.

Qızvəs Mehtiyeva APA-ya bildirib ki, əvvəlki bütün seçkilərdə iştirak edib: “Səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Layiqli namizədə səs verdim”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.