Lənkəranda 65 yaşlı kişi özünü güllələyib

04 Dekabr 2019 - 14:21

Lənkəran sakini odlu silahdan açılan atəş nəticəsində ölüb.  

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Türkəkəran kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Sabir Əjdər oğlu Cəfərov yaşadığı evdə əlindəki silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırma aparır.