Lənkəranda həkimin evindən 80 min oğurlayan tutulub

- Cinayət işi başlanıb
16 Dekabr 2019 - 13:08

Lənkəranda həkimin evindən 80 min manat oğurlayan şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.