Lənkəranda intensiv yağışlar nəticəsində həyətləri su basıb-FOTO

Lənkəranda intensiv yağan yağışdan sonra Lənkərançay daşıb, həyətləri su basıb.

Səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.

Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.

Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.