Lənkəranda istirahət mərkəzində ölüm

- Pasiyent vanna qəbulu zamanı keçindi
26 Oktyabr 2019 - 13:15

Lənkəranda sanatoriyada ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən “Palıdlı sahil” istirahət Mərkəzində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Ağayev Elbrus Əsgər oğlu istirahət mərkəzinin birinci mərtəbəsindəki vanna otağında yod-brom vannası qəbul edərkən qəfil vəziyyəti pisləşib. E.Ağayev vannada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.