Lənkəranda kişi oğlu tərəfindən bıçaqlanıb

03 Mart 2021 - 21:36

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)