Lənkəranda özünü polis kimi təqdim edən şəxs tutulub –

FOTO
06 Aprel 2021 - 15:36

Lənkəranda polis əməkdaşı olduğu görüntüsünü yaratmağa çalışan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib.  Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomovildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança  və 1 ədəd qara rəngli maska aşkar edilib.  Faktla bağlı araşdırma aparılır.

“Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur”, deyə DİN-dən bildirilib.