Lənkəranda qəza nəticəsində 1300 abonent işıqsız qalıb – FOTO

Avtomobil qəzası nəticəsində bir kəndin enerji təchizatı kəsilib.

Qəza gecə saat saatlarında Lənkəran-Boradigah yolunun Lənkəranın Vilvan kəndindən keçən hissəsində baş verib.

Masallının Boradigah qəsəbə sakini, 1989-cu il təvəllüdlü Etibar İsmayıl oğlu Məmmədovun idarə etdiyi 99-OK-662 dövlət qeydiyyat nişanlı “KIA” markalı minik avtomobili çiskinli hava şəraitində idarəetmədən çıxıb və yol kənarındakı beton işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək yıxılıb və Lənkəranın Vilvan kəndində yaşayan 1300 abonent işıqsız qalıb. Qəza nəticəsində avtomobildə olan 1982-ci il təvəllüdlü sərnişin, Boradigah qəsəbə sakini Nurlan Rəhman oğlu Ağaverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 5,5 milyon nəfərə çatır

Sonrakı məqalə

70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf edilib