Azərbaycanın sabiq dövlət katibi Lalə-Şövkət əməkdar artist Aygün Bəylərin vəfatı ilə bağlı açıqlama verib.
Azpost.info bildirir ki, siyasətçi Aygün Bəyələrin ölüm xəbərinin onu dərindən sarsıtdığını bildirib.
“Onun ilk çıxışları yadıma düşdü. O zaman mən Brilliant xanıma zəng edib dedim ki, bu qız fitri istedaddır, onu gorumaq lazımdır. Əfsuslar, biz onu qoruya bilmədik. Aygün Bəylər səsi ilə ifa etmirdi, o, bütün vücudu ilə, ruhu ilə oxuyurdu. Onu heç kim əvəzləyə, təkrar edə bilməz. O, unikal idi. Millət itirdi. Biz itirdik”-deyə o vurğulayıb.
Lalə-Şövkətin sözlərinə görə, A.Bəylərdə böyük sənətkarlığı ilə bərabər böyük insanlıq və böyük mərdlik var idi: “Mərdanə qəldi və mərdanə getdi. Gözü tox, alicənab, ləyaqət və əxlaq simvolu. Əyilmədi, xırdalanmadı, özünü bütövlüklə sənətə qurban verdi. Görünür, Allah bu fani dünyanı ona layiq görmədi, bu neməti bizə çox gördü.
Məkanı cənnət, ruhu şad olsun. Böyük sevgi, ehtiram və rəhmətlə yaddaşlarımızda daim qalacaq”.