Çinin Tunsi şəhərində Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Vanq İ arasında danışıqlar başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. “Rusiya Çinlə münasibətlərin davamlı inkişafında maraqlıdır və ədalətli dünya nizamının qurulması istiqamətində birgə hərəkatı davam etdirəcək”, – Lavrov deyib.
XİN rəhbəri beynəlxalq münasibətlər tarixində çox ciddi mərhələdən keçdiklərini bildirib: “Əminəm ki, bu mərhələnin nəticəsi olaraq beynəlxalq vəziyyət xeyli aydınlaşacaq və biz həmfikirlərimizlə birlikdə çoxqütblü, ədalətli, demokratik dünya düzəninə doğru irəliləyəcəyik”.
Lavrov qeyd edib ki, o, çinli həmkarı ilə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün konkret addımları nəzərdən keçirəcək: “Çinlə münasibətlərimizin davamlı və ardıcıl inkişafında maraqlıyıq”.
Azpost.info