Lavrov Əraqçi ilə danışığında atəşkəs razılaşmasının Livana da aid olduğuna inandığını bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

APA-nın Moskva bürosu Rusiya XİN-ə istinadən xəbər verir ki, İranın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya ABŞ və İran arasında iki həftəlik hərbi əməliyyatların dayandırılması barədə razılaşmaların elan edilməsini və İsrailin bu razılaşmalara qoşulmasını alqışlayıb.

Vurğulanıb ki, Moskva Pakistan vasitəçiləri tərəfindən elan edilən bu razılaşmaların regional ölçüyə malik olduğuna və xüsusən də Livana aid olduğuna qəti şəkildə inanır.

“Sergey Lavrov danışıqlar prosesinin uğur qazanacağına ümid etdiyini bildirib və Rusiyanın İran İslam Respublikasına qarşı ABŞ-İsrail təcavüzünün nəticələrini aradan qaldıracaq və regionda uzunmüddətli sülh və davamlı təhlükəsizliyi təmin edəcək həll yollarının tapılmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.

Əraqçi Fars körfəzindəki vəziyyətin müzakirəsi zamanı Rusiya Federasiyasına BMT Təhlükəsizlik Şurasındakı prinsipial mövqeyinə görə təşəkkür edib”, – Rusiya XİN-in telefon danışığı barədə yaydığı məlumatda qeyd olunub.

Fərid Əkbərov

***

15:58

İran xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Bu barədə İran XİN məlumat yayıb.

Tərəflər Yaxın Şərq regionunda və dünyada baş verən son hadisələri müzakirə ediblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.