Lavrov Ermənistanda səfərdədir

- Qondarma "erməni sıyqırımı" abidəsini ziyarət edib
11 Noyabr 2019 - 13:22

Ermənistanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda Sisernakabert memorial kompleksində qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib, əbədi məşəl önünə əklil qoyub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya XİN başçısı və nümayəndə heyətinin üzvləri daha sonra Xatirə Xiyabanından keçib, küknar ağaclarını suvarıb.

Qeyd edək ki, S.Lavrovun Ermənistana rəsmi səfəri noyabrın 10-da başlayıb.