Lavrov və Ermənistan XİN başçısı Qarabağı müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan XİN rəhbəri Ara Ayvazyan bu gün telefon danışığında Qarabağla bağlı vəziyyəti müzakirə edib.
Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.
Tərəflər 9 noyabrda imzalanmış Üçtərəfli Bəyanatının tələbləri baxımından mövcud vəziyyət barədə müzakirə aparıblar.
