Lavrovla Pompeo Vaşinqtonda görüşəcəklər- Dekabrın 10-da

ABŞ dövlət katibi Maykl Pompeo rusiyalı həmkarı Sergey Lavrovla dekabrın 10-da Vaşinqtonda iki ölkə arasında fikir ayrılığına səbəb olan mövzuları – ikitərəfli münasibətləri, silahlara nəzarət məsələsini, Suriya, Ukrayna və Venesueladakı vəziyyəti müzakirə etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasının nümayəndələrinə istinadən yazıb.

Rusiya XİN başçısı sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfər edib və o zaman ABŞ prezidenti Donald Trampın qəbulunda olub.

“Associated Press”in məlumatına görə, xarici siyasət qurumlarının rəhbərləri danışıqların yekununda mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, S.Lavrov və M.Pompeo arasında öncəki şəxsi görüş sentyabr ayında BMT Baş Assambleyasının iclasında baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək”

Sonrakı məqalə

“Bələdiyyə ilə Milli Məclisə seçkilərin üst-üstə düşməsi ahəngimizi pozmur” –