Lənkəranın bu kəndlərində enerji verilişində fasilə yaranacaq

Lənkəran Elektrik Şəbəkəsində (EŞ) 35 kV-luq “Xanbulan” hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 23-də bir sıra kəndlərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

“Azərişıq”dan  verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Kərgəlan, Şağlaküçə, Qurumba, Xanbulan, Parakənd, Bürcəli, Daştatük, Rvo, Şovu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.