Leyboristlər Partiyasının lideri Britaniyada sosialist dövləti yaradacağına söz verdi

Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin sosializmin daha effektiv olmasının sübuta yetirildiyini və buna görə hakimiyyətə gələcəyi təqdirdə sosialist prinsiplərinə əsaslanan bir dövlət yaratmağa çalışacağını bildirib.

“TASS” agentliyi xəbər verir ki, o bunu Baş Nazir və hakim Mühafizəkarlar Partiyasının lideri Boris Consonla seçkiqabağı teledebat zamanı deyib. 12 dekabrda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri öncəsi ən son debat “BBC” telekanalında yayımlanıb.

Sosializm demokratik bir şəkildə həyata keçirildiyi zaman bu ölkədə, Skandinaviya və başqa yerlərdə əhalinin ən kasıb təbəqələrinin həyat səviyyəsini yaxşılaşdırıb”, – deyə Korbin qeyd edib və bu fikirlərinə “ümumi rifah” dövlət prinsipini elan edən, kömür, polad, qaz sənayesini milliləşdirən, dəmir yollarını, elektrik enerjisi sektorunu dövlətin nəzarəti altında cəmləşdirən və Milli Səhiyyə Sistemini yaradan Klementa Ettlinin (1945-1951) leyborist hökumətini misal gətirib: “Bizim leyborist hökumətimiz bunu yenidən edəcək”.

Baş Nazir Boris Conson da öz növbəsində kapitalizmi müdafiə edib: “Deyərdim ki, canlı bazar iqtisadiyyatının həyati əhəmiyyətini dərk edən Mühafizəkarlar Partiyası bütün ölkələrə yaxınlaşmanın, fantastik icma xidmətlərinə görə pul ödəməyin və cəmiyyətimizin ən kasıb və ehtiyaclı üzvlərinə kömək etməyin yeganə yoludur. Kapitalizmə edilən hücumlar tamamilə mənasızdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə kişilər gənclik bitəndən sonra evlənirlər –

Sonrakı məqalə

Dövlət Agentliyi turizm reyestri üçün tender elan edib –