Leykemiya xəstəsi ailələr üçün hüquqi yardım layihəsi başlanır –FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə maliyyələşdirilib. Layihə 01 avqust 2024-çü il tarixindən 31 oktyabr  2024-cü ilə gədər davam edəcək. Layihə çərçivəsində Leykemiyalı xəstələrin ailə üzvləri ilə görüşlər keçiriləcək və hüquqi yardım göstəriləcək.

Bu barədə “Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası ərazisində təqribən 3000 yaxın müxtəlif yaş kateqoriyalı leykemiyalı xəstə vətəndaşlarımız var: “Leykemiya xəstəliyinin yayılma tezliyi ölkədə  müxtəlif regionlarda olmasına baxmayaraq, lakin yeganə müalicə ocağı Bakı şəhərində olduğu üçün xəstəsi olan ailələr öz doğma yurdlarından köçüb, Bakı və Sumqayıt şəhərlərində yaşamaq məcburiyyətindədirlər. Belə olan halda onların yaşayış şəraitləri yaxşı olmadığı guman edilir, ailədə digər ailə üzvlərinin mütəmadi təhsil almaq, yaxşı işlə təmin olunmaq ehtimalı azalır. Bu vətəndaşlar xəstəliyin müalicəsinə daha cox vaxtlarını ayırdıqlarına görə ölkədə gedən siyasi-ictimai proseslərdən xəbərləri olmur və buda onların həyat səviyəsinin yaxşılaşmasına imkan vermir. Bir cox xəstələr öz hüquqlarından xəbərdar olmadıqlarına görə dövlətin onlara ayırdığı sosial imtiyazlardan istifadə edə bilmirlər. Dövlətin humanitar siyasətindən məlumatları yoxdur. Bütün deyilənləri nəzərə alıb, leykemiya xəstəsi olan ailələrin sosial vəziyyətinin öyrənilməsi və monitorinqi zəruri olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir. Hüquqlarını biləndən sonra xəstə uşaqlarına daha cox kömək edə bilərlər. Həm təhsildə həmdə sosial müdafiəsində hüquqlarından istifadə edərək leykemiyanın müalicəsində uğur qazana bilərlər. Leykemiyadan sağalan uşaqların şansları 85-90 % -dır”.

QHT sədri qeyd edib ki, tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət cəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Bakı və Sumqayıt şəhərlərində leykemiyalı xəstəsi olan ailələr ilə görüşlər keçirilib, sorğu anketləri əsasında ailələrin sosial problemləri araşdırılıb və hüquqi yardımım göstərlməsi üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzində 19 sentyabr 2024-cü il tarixində təlim keçirildi. Təlimdə hüquqşünas Vüsal Mehrəliyev Dövlət tərəfindən onkoloji-hematoloji xəstələrə verilən imtiyazlar və qanunlar haqqında məlumat verildi və iştirakçıların sualları cavablandırıldı. Təlimdə 13 nəfər leykemiya xəstəsi olan ailələrin üzvləri iştirak etdi.

Təlimlərə Səhiyyə Nazirliyinin dəstəyi ilə  Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əməkdaşları cəlb edildi. Əldə edilən nəticələr haqqında cəmiyyətə KİV-in dəstəyi ilə çatdırıldı.

Əvvəlki məqalə

Nazirlik gənclər üçün təcrübə proqramı elan edib

Sonrakı məqalə

Qarabağ Universitetində ilk dərs günü