Litva dövlət qulluqçularının, hərbi qulluqçuların və məxfi məlumatlara çıxışı olan şəxslərin Rusiya, Belarus və Çinə qeyri-iş səfərlərini rəsmən qadağan edib.
Azpost.info xəbər verir ki, bu barədə qərar hökumətin iclasında təsdiq edilib.
Milli təhlükəsizlik strategiyasında qeyd olunur ki, Rusiya, Belarus və Çin Litvaya və onun vətəndaşlarına casusluq fəaliyyəti ilə təhlükə törədir.
Bu təşəbbüslə çıxış edən Litva Müdafiə Nazirliyinin məlumatına görə, bu ölkələrin kəşfiyyat xidmətləri məxfi məlumatlara çıxışı olan Litva vətəndaşları haqqında məlumat toplayır, onların işə götürülməsi üçün təzyiq göstərə biləcəkləri məqamları axtarırlar.
Qadağa ilə bağlı ümumi siyasət Litva Seymi tərəfindən təsdiq edilib. Deputatlar hökumətə belə qeyri-dost ölkələrin siyahısını yaratmağı tapşırıblar.
Azpost.info