Litvada Rusiya səfirliyinin yerləşdiyi küçəyə “Ukrayna qəhrəmanları” adı verilib
Litvanın paytaxtı Vilnüsdə Rusiya səfirliyinə gedən küçə “Ukraynanın qəhrəmanları” adlanacaq. Vilnüs bu addımı Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq atır.
Azpost.info xəbər verir ki, bu barədə şəhər meri Remigius Simasius məlumat verib. O bildirib ki, tezliklə Rusiya səfirliyinin yeni ünvanı belə adlanacaq, Merin sözlərinə görə, məqsəd Rusiya prezidenti Vladimir Putinin diqqətinə “Ukraynalılar həqiqətən var və onlar əsl qəhrəmandır” fikrini çatdırmaqdır.
Şimaşiusun sözlərinə görə, Vilnüs Şəhər Şurası gələn həftə küçənin adının dəyişdirilməsi ilə bağlı qərarını elan edəcək: “Rusiya səfirliyinin hər bir əməkdaşının vizit kartı bundan sonra Ukrayna qəhrəmanlarına həsr olunacaq. Əgər ünvanı səhv yazsalar, poçt idarəsinin məktubları çatdıracağına zəmanət vermirik”.
Azpost.info
