Litvanın Elm, Təhsil və İdman Nazirliyi Ukraynadan olan qaçqın uşaqları qəbul etməyə hazırdır.
nazirlik bununla bağlı bələdiyyə nümayəndələri ilə görüş keçirib və Ukraynadan olan uşaqların məktəbə qəbulu ilə bağlı müzakirələr aparıb.
Qərara alınıb ki, uşaqların təhsili ilə özünüidarəetmə orqanları məşğul olacaq, məktəblərə litvalıların Vilnüs Evinin nümayəndələri məsləhət verəcək.
Bildirilib ki, bir çox bölgədə litvalıların Vilnüs Evi ilə əməkdaşlıq edən məktəblər var. Bölgələrin nümayəndələri uşaqları qəbul etməyə hazır olduqlarını qeyd ediblər. Demək olar ki, bütün yerli özünüidarəetmə orqanlarına məsul koordinatorlar təyin edilib.
“İndi əsas olan odur ki, ölkəmizə gələn uşaqlar səmimiyyəti, əmin-amanlığı hiss etsinlər, stressdən azad olsunlar, daha sonra təhsillərini davam etdirə bilsinlər. Nazirlik və məktəblər buna ciddi şəkildə hazırlaşır. Ukraynalı uşaqlara qeyri-formal təhsil müəssisələri, qeyri-hökumət təşkilatları da qayğı göstərməyə hazırdır”, − deyən təhsil naziri Yurgita Şyuqjdinene bu məsələyə biganə qalmayan və uşaqlara yardım etməyi planlaşdıran hər kəsə təşəkkür edib.