Livan bankları hesablardan nağd pul çıxarılmasını məhdudlaşdırıb- Səbəb

Livan bankları siyasi proseslərlə bağlı yaranan fasilədən sonra işini bərpa edib və hesablardan xarici valyuta çıxarılmasına həftədə 1000 dollara qədər məhdudlaşdırıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Livan Bankları Assosiasiyasının məlumatına görə, bu tədbirlər müvəqqəti xarakter daşıyır. Vəsaitin xaricə köçürülməsinə də istisna hallarda icazə veriləcək. Xaricdən pul köçürülmələrinə məhdudiyyətlər isə tamamilə aradan qaldırılıb.

Banklar oktyabr ayının böyük hissəsini işləməyib, ötən həftə isə bank əməkdaşları fəaliyyətləri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbi ilə tətil edib.

Qeyd edək ki, oktyabr ayının ortalarından Livanda kütləvi etirazlar başlayıb. Oktyabrın 29-da ölkənin Baş Naziri Saad Hariri etirazçıların təzyiqi altında istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağsu–Kürdəmir–Bəhrəmtəpə–Zərdab avtomobil yolu yenidən qurulacaq

Sonrakı məqalə

Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib