“Liverpul” bahalı transferlərdən niyə imtina etdi? –

Klopp danışdı
07 İyun 2020 - 11:07

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda bahalı transfer etməkdən imtinalarının səbəbini açıqlayıb.

Qol.az-ın “Sky Germany” saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, hazırda bütün klublar pul itirirlər.

“Biz satdığımız biletin pulunu geri qaytarmaq məcburiyyətindəyik. Gələn mövsüm üçün isə 10-15 matça ümumiyyətlə, heç bilet satmaya bilərik. Tribunalar boş olacaq. Bu, bizim tərəfdaşlarımıza da təsir edir. Beləliklə, hər şey dəyişəcək. Biz futbolçuların maaşını azaltmağı müzakirə etmək haqda düşündüyümüz vaxtda, 50-60 milyonluq oyunçu alsaq, o zaman izahat verməli olacağıq”.