"Liverpul" İngiltərə Premyer Liqasında antirekorda imza atıb. "Report" “Opta Sport”a istinadən xəbər verir ki, bu, Mersisayd təmsilçisinin XXXVII turda "Brayton"a yenilməsi (2:3) sayəsində mümkün olub. "Qırmızılar" qızıl mükafatı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandadır. "Liverpul" daha əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub. Qeyd edək ki, Arne Slotun baş məşqçisi olduğu kollektiv sonuncu turda "Kristal Pelas"ı qəbul edəcək. AzPost.az