Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır- Səhiyyə Nazirliyindən açıqlama

Səhiyyə Nazirliyi Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış körpə ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.

Qeyd olunub ki, uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib: “Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb

Sonrakı məqalə

Malayziyanın Baş naziri Azərbaycana gələcək