London İran şahından aldığı 530 milyon dolları Tehrana qaytarıb

Böyük Britaniya İrana olan 400 milyon funt sterlinq (530 milyon dollar) borcunu ödəyib.

Azpost.info bildirir ki, Britaniya Xarici İşlər Naziri Liz Tras borcun ödənilməsi ilə bağlı açıqlama verərək deyib: “Biz İrana olan borcumuzu ödəməyi prioritet məsələ hesab edirik”.

Şah dövründə bağlanmış müqavilə çərçivəsində Tehran Londondan 1500-dən çox tank və zirehli maşın sifariş edib. Lakin 1979-cu ildə İranda baş verən İslam İnqilabından sonra Krallıq İranla əvvəlki silah müqaviləsini ləğv edib. Britaniyanın pulun ödənilməsinə baxmayaraq, sifarişləri çatdırmaması 40 ildən artıqdır ki, iki ölkə arasında bir çox cəhətdən problem yaradıb. İran 2010-cu ildə təhvil verilməmiş tankların pulunu geri almaq üçün başladığı hüquqi mübarizənin qalibi olub. Lakin Böyük Britaniya İrana qarşı tətbiq olunan sanksiyalara görə pulu göndərə bilməyib”.

Əvvəlki məqalə

Konfet və mürəbbəni düzgün saxlamaq üçün nə etməli? –

Sonrakı məqalə

Azərbaycan nefti ucuzlaşıb