Los-Ancelesdə yanğına görə 150 min insan təxliyə olunur

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.

Yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.

Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.