Lotereyada 183 milyon avro uddu –Azarkeşi olduğu futbol klubunu aldı

Şotlandiyanın “Partik Tisl” klubunun sahibi dəyişib.

Apasport.az saytının məlumatına görə, Çempionşipdə mübarizə aparan komandanın azarkeşi Kolin Ueyr sevimli klubunu alıb.

O, lotereyada 183 milyon avro udub. K.Ueyr bu vəsaitin bir hissəsinə “Partik Tisl”i alsa da, onun 55 faizini fankluba bağışlamaq niyyətindədir.

71 yaşlı azarkeş bildirib ki, bu, 2020-ci ilin martının sonlarında baş verəcək: “Mən “Partik Tisl”in fanatları üçün füsunkar perspektivə yol açan səhmdar cəmiyyətlərin əksəriyyətinə təşəkkür edirəm. Mənə göstərilən etimadın itməməsinə nəzarət edəcəyəm”.

Qeyd edək ki, 13 turdan sonra 11 xala malik “Partik Tisl” Çempionşipdə sonuncu pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-nin məşhur Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olacaq –

Sonrakı məqalə

Milli Məclisin deputatı xəstəxanaya yerləşdirilib