Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının 15 dekabr 2025-ci il tarixində yekun iclası keçirilib. Bu barədə Nazirlikdən məlumat verilib. Komissiya Nazirliyin Nəşr Planının (Nazirliyin sifarişi və dəstəyi ilə bir il ərzində istehsalı və buraxılışı nəzərdə tutulan nəşriyyat və çap məhsullarının siyahısı) tərtibini və “Nəşrlərin satın alınması müsabiqəsi”nin (Nazirlik tərəfindən kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək üçün nəşriyyat və çap məhsullarının satın alınması məqsədilə keçirilən müsabiqə) təşkilini həyata keçirmək məqsədilə yaradılmışdır. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən təşkil olunur və tərkibi hər il yenilənir. Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə Komissiyanın tərkibi buraxılana qədər konfidensial saxlanılır. Komissiya tərəfindən bu il ərzində 56 nəşr layihəsi müzakirəyə çıxarılmış, 14-ü elmi- kütləvi, 10-u bədii ədəbiyyat olmaqla 23 əsərin Nazirliyin növbəti il üçün Nəşr Planına daxil edilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda oxucu qruplarının tələbatı əsasında tabelikdə olan kitabxanaların yeni nəşrlərlə təmin olunması məqsədilə aprelin 7-də “Nəşrlərin satın alınması müsabiqəsi” elan olunmuşdur. Müsabiqəyə təqdim olunmuş 1520 adda kitab Komissiyanın iclaslarında dəyərləndirilmiş və Komissiyanın qərarına uyğun olaraq, 525 adda, ümumilikdə 63 650 nüsxə kitabın alışı Nazirlik tərəfindən həyata keçirilmişdir. Bir sıra müəlliflərin əsərləri kitablarının buraxılışını həyata keçirən nəşriyyatlar (“Aspoliqraf”, “Təhsil”, “Zərdabi-nəşr” və s.) vasitəsilə alınmışdır. 2025-ci il üzrə Komissiyanın tərkibi, həmçinin cari ildə Nazirlik tərəfindən satın alınan kitablar və Nazirliyin növbət il üçün Nəşr Planına daxil edilən əsərlər barədə siyahılar ilə linkələrə keçid edərək tanış ola bilərsiniz.   https://docs.google.com/viewerng/viewer?url=https://admin.culture.gov.az/storage/uploads/fileUpload/files/nJ6mLVA384lpEQy9UOe91766066649.pdf AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT NAZİRLİYİNİN NƏŞR PLANININ TƏRTİBİ VƏ NƏŞRİYYAT MƏHSULLARININ SATINALINMASI ÜZRƏ KOMİSSİYASININ TƏRKİBİ (2025-ci il üzrə) Komissiyanın sədri Fariz İsmayılzadə – ADA Universitetində Dövlət, Xarici Əlaqələr və Tələbə işləri üzrə Prorektor, universitetin daxilində Diplomatiya və İnkişaf İnstitunun Direktoru, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü, millət vəkili Komissiyanın üzvləri Elnarə Akimova – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə elmlər doktoru, millət vəkili Elçin Əhmədov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri, siyasi elmlər üzrə emlər doktoru, professor Mayis Əliyev – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetində Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Azər Turan (Azər Əbilov) – “Ədəbiyyat” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Vidadi Qafarov – Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kərim Tahirov – Azərbaycan Milli Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Elnarə Musayeva – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qəmər Mürşüdlü – Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Qismət Rüstəmov – Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair, tərcüməçi Leyla Həsənova – Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə Komissiyasının qərarına uyğun olaraq 2026-cı ilin Nəşr Planına daxil edilmiş kitablar 1. Firudin Şuşinski "Azərbaycan musiqi xəzinəsi"; 2. Firudin Şuşinski "Şuşa"; 3. Əhməd Bakıxanov "Seçilmiş əsərləri"; 4. Əsəd Quliyev "XX əsr Azərbaycan incəsənəti haqqında"; 5. İlham Rəhmli "Qürur səhnəmiz"; 6. İlham Rəhimli "Gənc Tamaşaçılar Teatrı"; 7. İlham Rəhmli "Azərbaycan Dövlət Yəhudi Teatrı"; 8. Toğrul Əsədullayev, Aynurə Məmmədova "Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri"; 9. Sahib Sultanov "Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri"; 10.Abbasqulu Nəcəfzadə "Nəbi Xəzrinin musiqiyə bələnmiş misraları və iki yeni klavir"; 11.Qənbər Ağayev "Elm korifeylərimiz"; 12.Sərdar Əsəd "Seçilmiş əsərləri"; 13."Koroğlu" dastanı (uşaqlar üçün); 14.Səxavət Sahil “Şeirlər”; 15.Sevinc Nuruqızı “Yer üzündə Vətən var” (uşaq ədəbiyyatı); 16.Tahir Taisoğlu "Asılqan buynuzu"; 17.“İgidlərin sözü” (Vətən müharibəsi iştirakçısı şairlərin şeirlərindən ibarət toplu); 18.Mehman Süleymanov, Nəsrin Süleymanlı "Vətən müharibəsinin salnaməsi" (I cild); 19.Mehman Süleymanov, Nəsrin Süleymanlı "Vətən müharibəsinin salnaməsi" (II cild); 20.Mehman Süleymanov, Nəsrin Süleymanlı "Vətən müharibəsinin salnaməsi" (III cild); 21.Aytən Aydınqızı "Osmanlıca"; 22.Səməd Bayramzadə “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı. 1945-1946-cı illər”; 23.İranə Əliyeva “Xarici dillərin tədrisi ilə bağlı vəsait”; "Nəşrlərin satın alınması müsabiqəsi üzrə" statistik məlumatlar No Nəşriyyat və ya müəllifin adı Alınan kitab sayı (neçə nüsxə) Yekun məbləğ (manatla) 1 Gündüz Yayınları 200 1649 2 “Ağıllı Bala” 800 4700 3 “Alatoran” Nəşriyyatı 750 9000 4 Güllü Məmmədova 200 2400 5 “Altun Kitab” 4685 27342,5 6 “Apostrof-A” Nəşriyyatı 350 8090 7 “Aspoliqraf” Nəşriyyatı 1200 6600 8 “Çapar” Nəşriyyatı 1225 13525 9 “DAHA Publishing” 400 6320 10 “Everest” Nəşriyyatı 1250 16810 11 “Əli və Nino” Nəşriyatı 1110 15771,1 12 “Xan” Nəşriyyatı 1050 9950 13 “Kitabçı” 650 3835 14 “Kosmo” Nəşriyyatı 855 9889,45 15 “Kritika” Nəşriyyatı 600 5890 16 “Qanun” Nəşriyyatı 8990 93506,2 17 “Qədim Qala” Nəşriyyatı 1400 11825 18 “Qələm Çingizoğlu” 800 6950 19 “Qələm” Nəşriyyatı 1000 6100 20 "Azərnəşr" 1250 23075 21 “Libra kitab” 2450 10500 22 “Loqos Nəşriyyatı” 600 2925 23 “Mayak” Nəşriyyatı 900 8870 24 “MDizayn” nəşriyyatı 1500 7300 25 “Mimta Yayımları” 1980 18015 26 “Mücrü” Nəşriyyatı 1820 11490 27 “Pandora” Nəşriyyatı 600 5245 28 “PARK Press” 600 5700 29 “Parlaq İmzalar” 1400 14295 30 “Straus press” 365 3845 32 “Teas Press” 6950 96175 33 “Təhsil” Nəşriyyatı 2090 42650 34 “Ting” nəşriyyatı 400 4740 35 “Səbat” Nəşriyyatı 180 1680 36 “Zərdabi-nəşr” 1000 19500 37 Azad Yaşar 200 2200 38 Bəhram Bağırzadə 700 9100 39 Cavid Zeynallı 100 1500 40 İlham Qəhrəman 100 500 41 İlqar Tağıyev 150 1050 42 İslam Sadıq 200 1500 43 Kamal Abdulla 100 2500 44 Kamalə Abiyeva 100 700 45 Kəramət Böyükçöl 300 4500 46 Qəşəm Nəcəfzadə 70 1050 47 Nazilə Rahibqızı 100 1000 48 Elmira Axundova 200 3000 49 Etibar Muradxanlı 100 1599 50 Fərid Hüseyn 100 2000 51 Seyfəddin Hüseynli 200 3000 52 "Çaşoğlu Elm İstehsalat" MMC 8500 34360 53 AVE print 300 4500 54 Siyavuş Quliyev 230 2300 55 Vaqif Bayatlı Odər 300 7500 Yekun nüsxə sayı və məbləğ 63650 620017,25   AzPost.az