Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsdi
“Oguz Farm Az” MMC məcburi auditdən yayındığına görə cərimələnib.
AzPost-un əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MTK ilə bağlı müraciətə baxılıb.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Əlaqəli xəbərlər
-
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA
-
11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb - Evlənmək istəyənlər niyə azalır?
-
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım
-
Neft 77 dollara düşə bilər - Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL
Növbəti xəbər yüklənir...