Bişkek şəhər məhkəməsi sabiq prezident Atambayevin həbsinin qeyri-qanuni olması barədə verilən şikayəti rədd edib. Azpost.info bildirir ki, bu barədə TASS-a Atambayevin vəkili Sergey Slesarov deyib: “Məhkəmə həbsin qeyri-qanunui olması barədə şikayəti rədd etdi”. Sabiq prezidentin vəkilləri hesab edirlər ki, Atambayevin toxunulmazlığının ləğvi qeyri-qanunidir. Buna görə də sabiq dövlət başçısının həbsi qanunsuzdur. Məhkəmə qərarı dəyişməyib. Atambayev 26 oktyabra qədər həbsdə qalacaq.