ABŞ prezidenti Donald Tramp mediaya açıqlamasında deyib ki, İsrail İranla münaqişəsində sakitləşməlidir. AzPost bildirir ki, bu barədə Reuters xəbər verir. "İsrail sakitləşməlidir. Mən İsraili sakitləşməyə məcbur etməliyəm", - Tramp NATO-nun Haaqa sammitinə yola düşməzdən əvvəl jurnalistlərə deyib: “Biz razılaşan kimi İsrail çıxıb bir dəstə bomba atdıl. Mən əvvəllər heç beləsini görməmişəm". "Bu iki ölkə artıq nə etdiklərini belə bilmirlər"-deyə Amerika lideri yekunlaşdırıb. AzPost.az