Rusiyanın "AvtoVAZ" avtomobil konserni "Lada Aura"nın əyləc sistemindəki nasazlığı aradan qaldırmaq üçün servis mərkəzlərində kampaniyasına başlayıb. AzPost oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "Lada Online" portalında yerləşdirilib. "Nasazlıq diller mərkəzlərində satışqabağı hazırlıq mərhələsində aradan qaldırılır", - deyə məlumatda qeyd olunur. Qeyd olunur ki, əgər avtomobil artıq alınıbsa, o zaman müvafiq təmir işləri aparılmayana qədər avtomobili diler mərkəzindən götürməyə icazə verilməyəcək. AzPost.az