Rusiya Xalq artisti Vera Alentova 83 yaşında vəfat edib. Bu barədə TASS-a onun uzun illər çalışdığı A.S.Puşkin adına Moskva Dram Teatrından bildirilib. Aktrisanın ölüm səbəbi bildirilməyib. Qeyd edək ki, Vera Alentova 1942-ci ildə Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Aktrisa bir sıra tamaşa və filmlərdə oynayıb. Həmçinin o, Vladimir Menşovun "Moskva göz yaşlarına inanmır" filimindəki rolu ilə şöhrət qazanıb. Film 1981-ci ildə "Ən Yaxşı Xarici Filmi kateqoriyasında “Oskar” qazanıb. Xatırladaq ki, Vladimir Menşov əslən bakılı olub.   AzPost.az