Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında avtobus qəzası baş verib.
APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, ərəb və Asiya ölkələrindən olan 39 zəvvarın olduğu avtobus yük maşını ilə toqquşub və sonra yanmağa başlayıb. Hadisə nəticəsində 35 nəfər ölüb, 4 nəfər yaralanıb.
Yaralılar Əl-Xamnə xəstəxanasına çatdırılıb.