Pakistanın keçmiş Baş naziri İmran Xan dövlət sirlərini yaymaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Azpost.info xəbər verir ki, bu barədə “Indianexpress” yazıb.
Məhkəmə onunla yanaşı, Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Şah Mahmud Qureşiyə də həbs cəzası verib.
71 yaşlı Xan və 67 yaşlı Qureşinin Ravalpindidəki Adiala yüksək təhlükəsizlik həbsxanasında saxlanıldığı bildirilir. Onlar Pakistanın Vaşinqtondakı səfirliyi tərəfindən 2023-cü ilin martında göndərilmiş gizli diplomatik teleqramın məzmununun şifrəsini açıqlamaqda günahlandırılıblar. Nəşrin məlumatına görə, şifrə Xana görə itib. Həmin şəxslər iddia ediblər ki, məktubda ABŞ-ın Pakistan hökumətini devirmək hədəsi var.
Azpost.info