Məhkəmə Trampın 83 milyon dollar ödəməsinə qərar verib

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı böhtan işi üzrə yazıçı Elizabet Cin Kerrola 83,3 milyon dollar ödəməsinə qərar verib.

Azpost.info xəbər verir ki, Kerroll iddia edirdi ki, Tramp 1996-cı ildə univermağın geyim otağında ona təcavüz etdiyini inkar edib və bununla da onun reputasiyasını məhv edib.

Məhkəmə Trampı 2023-cü ilin mayında Kerrola qarşı cinsi qısnamada və böhtanda təqsirli bilib və yazıçıya təqribən 5 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Tramp məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. O, iclasda iştirak edib, lakin qərarının elan edilməsinə gəlməyib. Dinləmə zamanı Trampın işin fırıldaqçılıq və “əcinnə ovu” olduğunu və hələ də Kerrolun kim olduğunu bilmədiyini söylədiyi eşidilib.

“Reuters” yazır ki, hakim iki dəfə ondan susmasını istəyib.

Azpost.info

Əvvəlki məqalə

Fransada mübahisəli immiqrasiya qanunu qüvvəyə minib

Sonrakı məqalə

Matvienko 23 fevralda Putinə nə hədiyyə edəcəyini açıqladı