Məktəbdə müəllim olmayacaq, süni intellekt dərs deyəcək –İlk sinif açılıb

Müəllimlər məktəb siniflərindən yoxa çıxa bilər, onları süni intellekt əvəzlənəcəklər. 

Azpost.info bildirir ki, “Sky News” kanalının verdiyi məlumata görə, Londondakı özəl məktəblərdən biri sentyabr ayında yalnız süni intellekt platformalarından istifadə olunacaq sinif açıb. Burada ümumi təhsil verəcək 20 şagird oxuyacaq. Təhsilin qiyməti ildə təxminən 27 min funt-sterlinq olacaq.

“Platforma şagirdin nəyi yaxşı bildiyini və hələ də nəyin təkmilləşdirilməsi lazım olduğunu müəyyənləşdirəcək” -deyə məktəb direktoru Con Dalton bildirib. Onun sözlərinə görə, hər şagird üçün fərdi plan tərtib olunacaq: “Riyaziyyat, ingilis dili, informatika və bəlkə də coğrafiya kimi dərslərdə süni intellektdən istifadə edəcəyik”.

Mütəxəssislərin innovasiyalarla bağlı fikirləri iki yerə bölünüb. Bir qism hesab edir ki, kompüter insan emosiyalarına fikir vermədən daha dəqiq şəkildə şagirdin qabiliyyətlərini qiymətləndirə biləcək. Bununla belə, tənqidçilər təhsilin formal və darıxdırıcı prosesə çevriləcəyini proqnozlaşdırırlar. Sinifdə kollektiv iş zamanı müəllimlə və bir-biri ilə ünsiyyət qurmaq imkanından məhrum olsalar, uşaqlar çox şey itirəcəklər.

Amma məktəblilərin özləri yeni məhsulu alqışlayırlar. Onların bir çoxu süni intellektin köməyi ilə ev tapşırıqlarını yerinə yetirməyə çoxdan uyğunlaşıb. Britaniyanın təhsil texnologiyaları şirkəti RM Technology tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, məktəblilər getdikcə daha çox kompüterlərin yerinə yetirdiyi ev tapşırıqlarını gətirirlər. Hətta bir çox müəllim etiraf edir ki, bəzən şagirdin harada, süni intellektin harada işlədiyini ayırd edə bilmirlər. Eyni zamanda, müəllimlərin böyük əksəriyyəti əmindir ki, insan ağlı, empatiyası və yaradıcılığı əvəzolunmazdır və ruhsuz maşın gəncin şüurunu ancaq təhrif edə bilər.

Əvvəlki məqalə

“Rusiyada media azadlığı təmin olunur”

Sonrakı məqalə

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət edib