“Məktəblərin bağlanması bizim qərarımız deyil” –

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
03 Mart 2021 - 17:22

“Məktəblərin bağlanması bizim qərarımız deyil, bu, yoluxmadan asılı məsələdir”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O qeyd edib  ki, təhsil müəssisələrində karantin rejiminin müvəqqəti qaydalarına uyğun addımlar atılır, mütəmadi monitorinqlər keçirilir: “Qaydalar tam olaraq yerinə yetirilir. Vaksinasiya da buna görə tətbiq olunur ki, əyani tədrisə tam keçmək mümkün olsun. Karantin rejiminin qaydalarına əməl etmək, vaksinasiyadan keçmək lazımdır”. (APA)