“Mən həmişə İsrail dövlətinin və yəhudi xalqının yanında olacağam”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp sosial şəbəkədəki tvitində yazıb. Prezident İsrailə tam dəstək verdiyini bəyan edib: “Onların təhlükəsizliyini və tarixi vətənlərində yaşamaq hüquqlarını qətiyyətlə dəstəkləyirəm. Sülh vaxtıdır!”-deyə Tramp yazıb.
Donald Tramp “Twitter” hesabında irəli sürdüyü Yaxın Şərq Sülh planında əks olunan gələcək Fələstin dövlətinin xəritəsini paylaşıb.