“Mən YAP-dan özüm getmişəm, Ramiz Mehdiyevlə əlaqəsi yoxdur” –

"Müttəhimlər kürsüsündə oturub sual verəcəyəm" Siyavuş Novruzov
07 Aprel 2021 - 15:50

“Mən YAP-dan ərizə yazıb özüm getmişəm. Heç kim bunu demir. Bu, nə Ramiz Mehdiyevlə, nə də başqa kimlə bağlı olmayıb”.

Azpost.info bildirir ki, bu sözləri YAP-çı deputat, hakim partiyanın icra katibinin sabiq müavini Siyavuş Novruzov musavat TV-nin canlı efirində debatı zamanı bildirib.

Onun sözlərinə görə, partiyadan gedişinin AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin vaxtı keçirilən toyunda iştirakına dəxli yoxdur: “Mən o hadisədən yarm ay əvvəl müsahibəmdə YAP-dan gedəcəyimi bildirmişdim. Yorulmuşdum, ona görə getmək istəyirdim. Uşaqlarımın üzünü görə bilmirdim, səhər gedirdim, axşam gəlirdim. Nə bacımı, nə qardaşımı görə bilirdim”.

Qalmaqallı toyla bağlı danışmaq istəməyən deputat qeyd edib ki, toyda iştirakın onun siyasi kareyarsının zərbə olması barədə yaranan fikirlərlə razı deyil: “İnsan toya gedər də…Allah hamıya toy nəsib eləsin. Mən xeyir iş üçün yaranmışam, pislik üçün yox…Bir toyla adamın o boyda fəaliyyətini müqayisə eləmək olar?” 

S.Novruzov bildirib ki, daim YAP-a sadiqdir: “YAP mənim ailə üzvümdür. İstənilən rayona getsəm, qapını döysəm o qapı üzümə açıqdır. YAP əgər ittiham olunarsa belə mən müttəhimlər kürsüsündə oturacağam və sualları özüm verəcəyəm”-deyə S.Novruzov qəribə bir replika atıb.