Ukrayna Prezidenti Vladimir Zelenski onu Rusiyaya dəvət edən xarici işlər naziri Sergey Lavrovun təklifinə cavab verib.
RİA “Novosti” xəbər verir ki, Zelenski Rusiya lideri Vladimir Putinlə heç bir formatda görüşməkdən qorxmadığını, lakin Soçidə niyə görüşməli olduğunu anlamadığını deyib:
“Görüşmək istəyirəm, heç bir formatdan qorxmuram, fərqi yoxdur, hazıram. Məni niyə Soçiyə dəvət edirsən? Xizək sürməyə? Biz nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda gəl Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.
Xatırladaq ki, Lavrov “Əgər Zelenski Rusiya ilə münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, Moskvaya, Soçiyə və yaxud Sankt-Peterburqa gəlsin” deyə açıqlama vermişdi.