Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam edəcək.
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
Rusiya Silahlı Qüvvələri qarşıya qoyulan məqsədlərə nail olunana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək”, – nazir qeyd edib
O vurğulayıb ki, artıq 684 humanitar aksiya həyata keçirilib, 210 yaşayış məntəqəsinə 6079 ton yük çatdırılıb.
Xüsusi əməliyyat zamanı Ukrayna qoşunlarına ciddi ziyan vurulub. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemi demək olar ki, məhv edilib, Hərbi Dəniz Qüvvələri mövcudluğunu dayandırıb.
“Ukrayna Silahlı Qüvvələrinə ciddi ziyan vurulub. Havada üstünlük qazanılıb. Ukraynanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemi praktiki olaraq məhv edilib”, – Şoyqu bu gün keçirdiyi müşavirədə vurğulayıb.