Məşhur futbolçu Ronaldo:

“Mükafata Messi yox, van Deyk  layiqdir”
24 Sentyabr 2019 - 11:04

“İlin ən yaxşı futbolçusu mükafatına kim layiq idi? Ola bilər ki, van Deyk”.

Bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib.

“Yekədiş” ləqəbli veteran hücumçu Lionel Messinin FİFA tərəfindən ən yaxşı futbolçu mükafatına layiq görülməsinə münasibət bildirib. Ronaldo argentinalının deyil, Vircil van Deykin bu ada layiq olduğunu qeyd edib: “Vircil inanılmaz futbolçudur. O, ötən mövsümdə yaxşı çıxış edib. Buna görə də düşünürəm ki, van Deyk mükafata Messi ilə müqayisədə daha çox layiqdir”. (APA)