Məşhur “İrs” ansamblının rəhbəri, həyat yoldaşı və qızı koronavirusdan vəfat etdi –

FOTO
12 Aprel 2021 - 15:28

Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

Tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib. S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alırdı: “Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.