Məşhur kino aktrisası xəstəxanaya aparıldı

25.11.2025 · 00:07 · Sosial
Tibbi Yardım

Məşhur kino aktrisası Bricit Bardo xəstəxanaya aparılıb.

AzPost bildirir ki, bu barədə “Var-Matin” qəzeti mənbəyə istinadən xəbər yayıb.

Məlumatda deyilir ki,  fransız kino ulduzu Bricit Bardo cənubdakı Tulon şəhərində xəstəxanaya yerləşdirilib.

Qəzetin məlumatına görə, 91 yaşlı aktrisa təxminən 10 gün əvvəl Sen-Jan xəstəxanasına yerləşdirilib və orada qalır.

 

AzPost.az