Məşhur müğənni Beyonsenin 1 milyon dollarlıq paltarları oğurlanıb

27 Mart 2021 - 14:22
Məşhur ABŞ müğənnisi Beyonsenin 1 milyon dollar dəyərində dəyərli əşyaları oğurlanıb.

Bu barədə TMZ onlayn qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb.  Mənbələr bildirib ki, Beyonseyə məxsus əşyaların saxlanıldığı anbardan bu ayın əvvəlində oğurluq olub və bu, artıq ikinci oğurluqdur.

Məşhur müğənninin bahalı əl çantaları və paltarları oğurlanıb.

Bildirilib ki, depo müğənninin şirkəti “Parkwood Entertainment”in icarəsində olsa da, oğurlanan əşyaların hamısı Beyonseyə məxsusdur. (APA)