Məşhur pambıq şirkəti “Azərişıq”ı məhkəməyə verib
“Azərişıq” ASC məhkəməyə verilib.
Azpost.info xəbər verir ki, iddiaçı “MKT İstehsalat Kommersiya” MMC-dir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.
Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahisələrdir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycanın ən iri pambıq şirkətlərindən biridir. MMC məşhur pambıq şirkətidir. MMC-nin rəhbəri Rövşən Həsənovdur. O, Prezident İlham Əliyevin 19 dekabr 2019-cu ildə keçirdiyi pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə Avstraliya ilə Avstriyanı səhv salması ilə yadda qalıb. Azpost.info
