Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal- Rus qonağa qanunsuz ödəniş edildiyi üzə çıxıb

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

“Report” xəbər verir ki, bu, Palatanın Nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək

Sonrakı məqalə

Uşaqlara energetik içkilər satanlar cəzalandırılacaq