Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Mədəniyyət və İncəsənət Universitetində narkomaniyaya qarşı tədbir keçirilib –

User 04 Oktyabr 2024 - 23:30 (Last updated: 21 May 2025 - 20:15)
ge01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası “Gənclərin Seçimi: Narkomaniyasız Dünya” adlı layihənin icrasını davam etdirir.

Layihənin növbəti tədbiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Tədbiri açılış nitqi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açıb. Daha sonra Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının sədri Elçin Çobanzadə çıxış edərək, layihənin məqsədləri haqqında məlumat verib.

Tədbirin moderatoru Günel İbrahimova iştirakçılara qonaqları təqdim edib. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov narkomaniyanın cəmiyyətə vurduğu zərərlər barədə geniş məruzə ilə çıxış edib.
El-1 idman liqasının idmançısı, dünya və Asiya çempionu Rəsul Rəhimov və digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb və iştirakçılarla xatirə fotosu çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin tərəfdaşları  El-1 idman liqası, Neftçi İdman Klubu və Azərbaycan Dövlət Reklam Agentliyidir.

Post navigation

Previous: Rusiyanın XİN rəhbəri Lavrov Azərbaycanın yeni səfiri ilə görüşüb
Next: Səudiyyə Ərəbistanı İsraili tanıya bilər –

Oxşar xəbərlər

dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37

xƏBƏR

abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
ABŞ Konqresə aralıq seçkilərdən sonra İrana mümkün yeni zərbələr endirməyə hazırlaşır. Vaşinqton bu barədə Fars körfəzindəki ərəb...
Read more about İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.