Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəlib –VİDEO

Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşümü keçirib.

Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.

https://youtu.be/zKaYTvBV8tE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Autizmə səbəb olan gen şəbəkəsi aşkar edilib –

Sonrakı məqalə

Trampın ikiyə böldüyü İran siyasi elitası –